Bayden son anda ailə üzvlərini əfv etdi - FOTO
43
21:21 - 20 Yanvar 2025
Co Bayden ABŞ prezidentliyinin son saatlarında ailə üzvlərini əfv edib.
TNS xəbər verir ki, Ağ Evin rəsmi saytında yayımlanan açıqlamada Bayden qardaşı Ceymsi və həyat yoldaşı Saranı, bacısı Valeri və əri Con T.Ouensi və qardaşı Frensisi əfv etdiyini bildirib.
"Mənim ailəm davamlı hücumlara və təhdidlərə məruz qalır, bu, sırf mənə zərər vermək istəyi ilə əsaslandırılır. Təəssüf ki, bu hücumların dayanacağına inanmaq üçün heç bir əsasım yoxdur", - Bayden deyib.