Close

Müğənniyə ölüm cəzası verildi- FOTO

İranda məhkəmə tamaşaçılar tərəfindən “Tatalu” səhnə adı ilə tanınan pop müğənnisi Əmir Hüseyn Məqsudlu haqqında ölüm hökmü çıxarıb.

TNS xəbər verir ki, bu barədə “Etemad” yazıb.

Nəşrin məlumatına görə, sənətçi əvvəlcə 5 il müddətinə azadlıqdan məhrum edilib, lakin prokuror məhkəmənin qərarı ilə razılaşmayaraq işə yenidən baxılmasını istəyib. Bundan sonra cinayət işi yenidən açılıb.

“Bu dəfə təqsirləndirilən şəxs Məhəmməd peyğəmbəri təhqir etdiyinə görə ölüm cəzasına məhkum edilib”, – nəşr qeyd edib.

Məhkəmə sənədlərinə görə, hökmdən apellyasiya şikayəti verilib.

678df48c252fc