Close

İordaniya şahzadəsi yunan maliyyəçi ilə evlənir

İordaniya şahzadəsi İman sadə maliyyəçi Cəmil Aleksandr Tarmiotislə evlənir.

TNS bu barədə "Greek Reporter"ə istinadən xəbər verir.

Cütlüyün nişanı Haşimi Kral Məhkəməsi tərəfindən elan edilib.

Şahzadə İman İordaniya kralı II Abdullah və kraliça Ranianın ikinci övladıdır. Onun bir bacısı və iki qardaşı var.

Tarmiotis yunan mənşəlidir. Venesuelada anadan olub və Nyu-Yorkda maliyyə sahəsində işləyir.

"Cəmilə və sənə sevgi, gülüşlə dolu bir həyat arzulayıram!", - kraliça Rania qızını və nişanlısını təbrik edib.