Close

23:25
18 Yanvar 2025
23:21
18 Yanvar 2025
21:43
18 Yanvar 2025

Məhkəmə Cənubi Koreya prezidenti ilə bağlı həbs qətimkan tədbiri seçib

Seul Qərb Dairə Məhkəməsi Cənubi Koreya prezidenti Yun Sok Yolu fitnə-fəsad törətməkdə ittiham edərək haqqında həbs qətimkan tədbiri seçib.

TNS xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə yanvarın 15-də yerli vaxtla səhər saatlarında Korrupsiyaya Qarşı Mübarizə Departamenti Yun Sok Yolu həbs edib.

Bu həbs 48 saata hesablanıb və bu müddət ərzində hüquq-mühafizə orqanı növbəti həbsin zəruriliyi barədə qərar verməli olub.

Məhkəmə işə şənbə günü yerli vaxtla saat 14:00-da başlayıb.