Close

23:25
18 Yanvar 2025
23:21
18 Yanvar 2025
21:43
18 Yanvar 2025

Kəşfiyyat İdarəsinin əməkdaşı İran və İsraillə bağlı məxfi məlumatlar sızdırıb - FOTO

İran və İsrail arasında artan gərginlik və İsrailin İrana mümkün hücumları ilə bağlı fərziyyələr fonunda, keçən il İsrailin planlarını ifşa edən məxfi sənədlərin yayılması bütün dünyada çoxlarını təəccübləndirmişdi.

Bu məsələ ilə bağlı son hadisələrin gedişatında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı sənədləri sızdırdığını etiraf edib.

TNS bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Asif Uilyam Rahman adlı bu şəxs Virciniya dairə məhkəməsində boynuna alıb ki, milli müdafiə ilə bağlı məlumatları bilərəkdən səlahiyyəti olmayan şəxslərə təqdim edib.

Rahmanın etirafına görə, o, 2016-cı ildən Mərkəzi Kəşfiyyat İdarəsində işləyir və dəfələrlə məxfi sənədləri qanunsuz olaraq yükləyib, çap edib və yayıb. Bu dəfə o, öz iş kompüterindən 5 konfidensial və tamamilə məxfi sənədləri çap edib, onların surətini çıxarıb, redaktə edib və üçüncü şəxslərə ötürüb.

photo_2025-01-18_19-36-52