Ali Məhkəmənin 3 hakimi güllələndi, ikisi öldü
262
12:37 - 18 Yanvar 2025
Tehran Ədliyyə Sarayının qarşısında atışma olub.
TNS xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Ali Məhkəmənin üç hakiminə silahlı hücum edilib, onlardan ikisi öldürülüb.
Hakimlərdən biri isə yaralanıb.
Məlumata görə, hücum edən şəxs sonra intihar edib.