Close

10:49
18 Yanvar 2025

İsrail hökuməti Qəzzada atəşkəs sazişini təsdiqlədi

İsrail hökuməti Fələstinin HƏMAS hərəkatı ilə Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi barədə sazişi təsdiqləyib.

TNS xəbər verir ki, bu barədə İsrailin “Walla” portalı məlumat yayıb.

Daha əvvəl HƏMAS ilə sazişi İsrailin hərbi-siyasi kabineti təsdiqləmişdi.

Qeyd edək ki, İsrail və HƏMAS arasında razılaşma yanvarın 16-da axşam Dohada əldə edilib.

“Axios” portalı mənbələrə istinadən bildirirdi ki, sazişin bağlanması üzərində ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff, Ağ evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk, habelə Qətər və Misir vasitəçiləri işləyiblər.