Xəstəliklərə yoluxma halları kəskin artdı
ABŞ-nin Nyu-York ştatında tətildən sonra işə və məktəblərə qayıdan vətəndaşlar arasında qış xəstəliklərinə yoluxma halları kəskin artıb.
TNS xəbər verir ki, ştatda xəstəxanalara yerləşdirilən xəstələrin sayı əvvəlki həftə ilə müqayisədə 44 % artıb. Artımlar ölkənin bütün bölgələrində müşahidə olunub.
Mütəxəssislər xəstəxanalara müraciətlərin daha çox qrip və COVID-19-a yoluxmalar, qış aylarında baş qaldıran norovirus virusu olduğunu bildiriblər.
Nyu-Yorkun Dövlət Səhiyyə Departamenti vətəndaşlara çağırış edərək, viruslara qarşı qoruyucu tədbirlər görməyi, izdihamlı yerlərdə tibbi maska taxmağı məsləhət görüb.
Eyni zamanda Səhiyyə Departamenti əhalini Çində sürətlə yayılan insan metapnevmovirusuna (HMPV) yoluxmamaq üçün qabaqlayıcı tədbirlər görməyə çağırıb.
Səhiyyə rəsmiləri həmçinin insanları ağır xəstəliklərə tutulma və xəstəxanaya yerləşdirilməsi hallarını azaltmaq üçün peyvənd olunmağa çağırıblar. Nyu-Yorkun bu qışa qədər qrip və koronavirusa qarşı peyvəndin əvvəlki illərlə müqayisədə xeyli azaldığı qeyd olunub.