Cənubi Koreyanın sabiq Prezidenti təcridxanaya aparıldı
23
17:40 - 15 Yanvar 2025
Cənubi Koreyanın impiçment elan edilmiş sabiq Prezidenti Yoon Suk Yeol hüquq-mühafizə orqanları tərəfindən dindirildikdən sonra Seul yaxınlığındakı təcridxanaya aparılıb.
TNS xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.
Qeyd edilib ki, Yeol prezident iqamətgahında saxlanıldıqdan sonra ölkənin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən təxminən 10 saat sorğu-sual edilib.