Trampın andiçməsinə 3 məşhur milyarder qatılacaq
28
15:13 - 15 Yanvar 2025
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın 20 yanvarda keçiriləcək andiçmə mərasiminə üç amerikalı milyarder dəvət edilib: İlon Mask, “Amazon”un qurucusu Ceff Bezos və “Meta”nın baş direktoru Mark Zukerberq.
TNS xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Qeyd edək ki, dünyanın ən varlıları siyahısında Mask 1-ci, Bezos 2-ci, Zukerberq isə 3-cü yerdədir.