Sabiq Baş nazirə hücum oldu
19
09:10 - 15 Yanvar 2025
Gürcüstanın sabiq Baş naziri Georgi Qaxariyaya hücum olub.
TNS xəbər verir ki, bu barədə ölkənin 1TV telekanalı məlumat yayıb.
Sabiq hökumət başçısına hücum edildiyini rəhbərlik etdiyi “Qaxariya – Gürcüstan naminə” partiyasının mətbuat xidməti təsdiqləyib.
Qaxariya klinikaya yerləşdirilib. Onun burnu qırılıb.
Qeyd edək ki, Qaxariya 2019-cu ildən 2021-ci ilədək Gürcüstanın Baş naziri olub.