Kuleba nazirliyi tərk etdikdən sonra cəbhəyə getməlidir
Gürcüstanın Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakını tələb edən Ukraynanın keçmiş xarici işlər naziri Dmitro Kuleba vəzifəsini tərk etdikdən sonra özü cəbhəyə getməlidir.
TNS xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
“Yaşı 40-ı keçmiş Kulebanın özü niyə müharibədə deyil? Onun yerinə yetirilməsi vacib olan siyasi mövqeyi yoxdur, azad insandır. Niyə müharibəyə getmir? Siz bizi Ukrayna müharibəsinə sövq edəndə niyə özünüz vətəninizə aid olan müharibəyə getmirsiz? Ümumiyyətlə, bildiyimə görə, o, Ukrayna bombalanarkən, müharibə gedərkən hazırda ölkədə deyil”, - o bildirib.