"Dünya Tehrana maksimum təzyiq göstərməlidir"
31
22:33 - 11 Yanvar 2025
“Dünya Tehrana maksimum təzyiq siyasətinə qayıtmalıdır. Bu, İranı daha demokratik bir ölkəyə çevirmək üçün lazımdır”.
TNS xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.
“Reuters” agentliyinin məlumatına görə, o bildirib ki, bu təzyiq hərbi, iqtisadi və diplomatik sahələri əhatə etməlidir.
Xüsusi nümayəndənin sözlərinə görə, İranın yaxşılığa doğru dəyişmək imkanı var.