İran səfiri Fransa XİN-ə çağırılıb
23
23:57 - 10 Yanvar 2025
İran səfiri Məhəmməd Amin Necad Fransa vətəndaşlarının İslam Respublikasında saxlanılması ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.
TNS-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlikdən bildirilib ki, saxlanılan vətəndaşlar İran İslam Respublikası dövlətinin girovlarıdır.
Agentlik həmçinin Fransa vətəndaşlarını İrana səfərlərdən çəkinməyə çağırıb.