Close

XİN Çində naməlum virusun yayılması ilə bağlı məlumatlara münasibət bildirib

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ölkədə naməlum virusun yayılması ilə bağlı məlumatları təkzib edib.

TNS “Xinhua“ya istinadən xəbər verir ki, bu barədə o, gündəlik mətbuat brifinqində bildirib.

Onun sözlərinə görə, Çində tənəffüs yoluxucu xəstəliklərin ümumi miqyası və intensivliyi keçən ilə nisbətən daha aşağıdır.

Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun bildirib ki, Çində metapnevmovirusun (HMPV) artmasına böyük diqqət yetirilib: “Bəziləri Çinə səyahət təhlükəsizliyindən narahatdır və hətta internetdə "Çində bilinməyən bir virus" barədə məlumatlar var”.

Mətbuat katibi gündəlik mətbuat brifinqində bu cür açıqlamaları təkzib edərək, səlahiyyətli orqanların HMPV-nin yeni bir virus olmadığını vurğulayıb: “Ən azı 60 ildir insanlar arasında dolaşır və yuxarı tənəffüs yoluxucu xəstəliklərə səbəb olan ümumi bir virusdur. Bu virusu "naməlum" adlandırmaq fundamental elmə ziddir və əslində qorxuya səbəb olur”.