Close

Suriya terrorçuları hərbi yardım üçün Fransaya müraciət ediblər

Suriyanın ələ keçirilən ərazilərində YPG terrorçularının yaratdığı oyuncaq administrasiya Fransadan hərbi yardım istəyib, Parisi Suriya və Türkiyə sərhədində fransız qoşunlarını yerləşdirməyə çağırıb.

TNS xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzeti “YPG-nin Fransaya çağırışı: Bizə gəlin, müsyö” sərlövhəli məqaləsində bildirilir.

Nəşrin yazdığına görə, Ankaranın YPG ilə rəsmi Dəməşq arasında razılaşma olmadığı halda Suriyada yeni hərbi əməliyyat keçirəcəyi ilə bağlı xəbərdarlığına cavab olaraq, terrorçuların dəstəklədiyi qeyri-qanuni formalaşma ümidlərini ABŞ və Fransaya bağlayıb.

“Donald Trampın nümayəndələri yanvarın 20-də andiçmə mərasimi ərəfəsində terrorçulara müsbət siqnal verməkdən imtina etdilər və YPG daha sonra dəstək üçün Fransaya üz tutdu”, -deyə Türkiyə qəzeti yazır.

Xüsusilə, YPG terrorçusu İlham Əhməd Fransanın “TV5 Monde” telekanalında çıxış edərək bildirib ki, Paris Ankaranın Fransanın Suriya-Türkiyə sərhədindəki hərbi varlığını tanımasına nail ola bilsə, YPG Suriyada “sülh prosesi”nə başlayacaq.

Türkiyə nəşri qeyd edir ki, suriyalı terrorçunun Fransa televiziyasındakı çıxışı ABŞ-ın dövlət katibi Antoni Blinkenin Parisdə olduğu bir vaxtda yayımlanıb.

Qəzet Fransa prezidenti Emmanuel Makronun “Suriyadakı kürdlərə dəstək” bəyanatını da xatırladıb.