21-ci əsrin ən uğurlu sənətçisi- FOTO
Müğənni Taylor Svift “Billboard” musiqi jurnalının versiyasına görə 21-ci əsrin ən uğurlu ifaçısı olub.
TNS xəbər verir ki, reytinq iki əsas qrafikin performansına əsasən tərtib edilib: "Billboard Hot 100 mahnı" və "Billboard 200 albom". Hesablamalar 2000-ci ildən başlayaraq 2024-cü ilə qədər aparılıb.
Sviftin 14 albomu var ki, bu da qadın sənətçi üçün rekorddur. Onun 12 bəstəsi isə "Hot 100 hit" paradında birinci olub.
Reytinqin ikinci pilləsində reper Dreyk qərarlaşıb, ilk üçlüyü isə müğənni Rihanna tamamlayıb. İlk 10-luqda həmçinin Ledi Qaqa, Britni Spirs, Kanye Uest, Castin Biber, Ariana Qrande və Adel yer alıb.
2024-cü ildə oxşar Billboard siyahısına başçılıq edən Beyonce siyahıda yalnız yeddinci yeri tutub.
Dekabrın əvvəlində məlum olub ki, müğənni Teylor Sviftin “Eras Tour Book” kitabı 2024-cü ildə ABŞ-də ən çox satılan kitab olub. Çıxışının ilk həftəsində 814000 nüsxə satılıb.