Milyonlarla sakinə səhvən təxliyə bildirişi getdi
Kaliforniyada davam edən yanğınlar fonunda Los Anceles dairəsinin sakinlərinə səhvən təxliyə bildirişləri göndərilib.
TNS “CBS News” telekanalına istinadən xəbər verir ki, bu barədə dairənin fövqəladə hallar idarəsinin direktoru Kevin Makqouen məlumat verib.
"Hazırda Uest-Hillzdə baş verən "Kennet" yanğını ərazisindəki sakinlərin təxliyəsi barədə əmr səhvən dairənin təxminən on milyon sakininə və qonşu dairələrin bəzi sakinlərinə göndərilib", - o bildirib.
Direktorun sözlərinə görə, xəbərdarlıq yalnız Kalabasas və Aqura-Hillz şəhərlərinin sakinləri, həmçinin Los Anceləsin Uest-Hillz rayonunda olanlar üçün nəzərdə tutulub.