İrəvanın bu addımına Kreml “ağır artilleriya” ilə cavab verdi
Mövzu Rusiya Federasiyası üçün o qədər vacibdir ki, bir gün ərzində 3 əsas fiqur cavab verdi: Rusiya baş nazirinin müavini, “ağır artilleriya”, keçmiş prezident, TŞ sədrinin müavini və qanunverici orqanın rəhbəri.
TNS xəbər verir ki, bu sözləri “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan Ermənistanın AB-yə üzvlük prosesinə başlanılması haqqında qanun layihəsinin NK-da təsdiqlənərək, parlamentə göndərilməsi haqda qeyd edib.
O bildirib ki, Ermənistanın bu addımı Rusiyaya qarşı və Aİİ-dən çıxmanın başlanması kimi qəbul edilib:
“Ermənistanın Aİİ-dən çıxması təkcə iqtisadi deyil, həm də ciddi siyasi problemləri ehtiva edir və birbaşa Ermənistanın təhlükəsizliyi ilə bağlıdır.
Yeri gəlmişkən, KTMT ilə münasibətlərdə yaranmış böhran vəziyyətində hətta Ermənistan Aİİ-nin əhəmiyyətini və ondan əldə edilən böyük faydanı bəyan etsə də, Moskva xəbərdarlıq edib ki, onlar son addıma “göz yummaq” fikrində deyillər.
İqtisadçılar bu prosesin ağır iqtisadi nəticələrindən danışacaqlar , lakin bu, siyasi və təhlükəsizlik baxımından ölkəni zəiflədəcək”.