İşsizlik səviyyəsi artdı: vakant yerlər isə...
Çexiyada işsizlik ciddi sosial-iqtisadi problem olaraq qalmaqda davam edir.
TNS bu ölkənin Əmək Nazirliyinə istinadla xəbər verir ki, təkcə 2024-cü ilin dekabrında işsizlik səviyyəsi 3,9 faizdən 4,1 faizə yüksəlib. İlin sonunda 306 478 nəfər iş axtaranların siyahısına düşüb. Bu, əvvəlki ayla müqayisədə təxminən 16 min nəfər çoxdur.
Eyni zamanda, işəgötürənlər tərəfindən təklif olunan vakant yerlərin sayı təxminən 9 min azalaraq 246 min 573-ə düşüb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin dekabrında Çexiyada işsizlik səviyyəsi 3,7 faiz təşkil edib.
Ötən ilin sonunda məşğulluğun ən aşağı səviyyəsi Ustets regionunda qeydə alınıb – 6,2 faiz. Regionda bu göstərici 5,8 faiz təşkil edib.
Praqada isə əksinə, ənənəvi olaraq işsizliyin ən aşağı payı qeydə alınıb - 2,8 faiz.