Daha bir ölkədə güclü zəlzələ oldu
407
23:20 - 09 Yanvar 2025
Salvadorda 5,8 maqnitudalı zəlzələ olub.
TNS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri təxminən 59,4 min nəfər əhalisi olan Sonsonate şəhərindən 14 km cənubda yerləşib. Zəlzələ ocağı 94 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.