ABŞ-dakı yanğınların zərəri 60 milyarda çatır
31
11:51 - 09 Yanvar 2025
Kaliforniyanın Los-Anceles dairəsində baş verən yanğınların zərəri 60 milyarda çata bilər.
TNS xəbər verir ki, bu barədə “AccuWeather” konsaltinq şirkətinin proqnozlarında deyilir.
Mütəxəssislərin hesablamalarına görə, yanğından ilkin zərər və iqtisadi itkilər 52-57 milyard dollar arasında olacaq. Şirkət hesablamada hansı göstəriciləri nəzərə aldığını hələlik açıqlamayıb.
Qeyd edək ki, yanğınların ümumi sahəsi 10 min hektarı ötüb və artmaqda davam edir. Yanğın 1000-dən çox binanı dağıdıb, ən azı 5 nəfərin ölümünə səbəb olub və Los-Anceles dairəsində 950 mindən çox abonent elektriksiz qalıb.
Əlaqəli xəbərlər
17:50
09 Yanvar 2025