Close

19:10
09 Yanvar 2025

Onun ən böyük səhvi danışıqlara getməməsi olub

ABŞ Prezidenti Co Baydenin ən böyük səhbi Rusiya lideri Vladimir Putinlə danışıqlara getməməsi olub.

TNS xəbər verir ki, bunu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

"Məncə, Prezident Baydenin etdiyi ən böyük səhv odur ki, o, heç vaxt Putinlə danışıqlara getməyib. Yəni, o, iki ildən artıqdır ki, onunla danışmır", - o qeyd edib.

Kelloq bildirib ki, prezident həm rəqibləri, həm də müttəfiqləri ilə danışmalıdır.