Close

10:15
09 Yanvar 2025

Kaja Kallas İtaliyaya səfər edəcək

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaja Kallas Suriya üzrə Kvint iclasında iştirak etmək üçün 9-10 yanvar tarixlərində İtaliyanın paytaxtı Romaya səfər edəcək.

TNS xəbər verir ki, bu barədə Avropa İttifaqının saytında bildirilib.

Görüşdə Yaxın Şərq gündəmi, xüsusilə Suriyadakı proseslər müzakirə ediləcək.

Qeyd edək ki, İtaliyanın ev sahibliyi edəcəyi görüşdə ABŞ və ev sahibi ölkədən başqa İngiltərə, Fransa və Almaniyanın xarici işlər nazirləri də iştirak edəcək.