Close

10:15
09 Yanvar 2025
09:22
09 Yanvar 2025

Antalyaya uçan təyyarə Aktauya məcburi eniş etdi

“Almatı – Antalya” reysi ilə hərəkət edən “Air Astana” şirkətinə məxsus sərnişin təyyarəsi Aktau şəhərində məcburi eniş edib.

TNS-in “tengrinews”a istinadən xəbərinə görə, hadisəyə səbəb mərkəzi yanacaq çəninin qoruyucu klapanındakı nasazlıq olub.

Sözügedən ehtiyat hissəsinin çatdırılması zaman tələb etdiyindən reysin yerinə yetirilməsi 9 yanvar, yerli vaxtla saat 09:20-yə təyin edilib.