Yoluxanların sayı sürətlə artır – Xəstəxanalarda fövqəladə vəziyyət elan olundu
İngiltərədə virusa yoluxma halları kəskin artdığı üçün xəstəxanaların əksəriyyəti fövqəladə vəziyyət elan edib.
TNS xəbər verir ki, Liverpul və Birminqham universitetlərinin xəstəxanaları yüksək tələbat səbəbi ilə gücləndirilimiş iş rejiminə keçib. Hər iki xəstəxana hazırda əsasən, təcili tibbi yardım funksiyasını həyata keçirir.
Ölkə üzrə xəstələrə alternativ səhiyyə xidmətlərindən istifadə etmələri barədə xəbərdarlıq olunub.
Səhiyyə Nazirliyinin xəbərdarlığında bildirilib ki, vəziyyəti kritik olmayanlar həkimlə məsləhətləşərək, evlərində müalicə almağa üstünlük versinlər.
Qeyd olunub, Yeni ilin başlaması ilə qrip və tənəffüs yolu xəstəliklərində ciddi artım var. Bu səbəblə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 4 dəfə artıb.