Close

Suriyanın yeni lideri ilk səfərini Türkiyəyə edəcək

Suriyanın yeni dövlət başçısı Əhməd Əş-Şəra xaricə ilk rəsmi səfərini Türkiyəyə edəcək.

TNS Türkiyə mediasına istinadən xəbər verir ki, səfər ən yaxın zamanda baş tuta bilər.

Məlumata görə, səfər bu günlərdə həyata keçməli olsa da, proqramda edilən dəyişikliklə əlaqədar ertələnib. Səfər zamanı əş-Şəra Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşəcək.

Qeyd edilir ki, Suriyada müxalif qüvvələrin hakimiyyətə gəlişindən sonra Dəməşqə ilk rəsmi səfər etmiş xarici hökumət nümayəndəsi – Türkiyənin kəşfiyyat xidmətinin rəhbəri İbrahim Kalın olub. Onun ardınca Suriya paytaxtına Türkiyənin xarici işlər naziri Hakan Fidan baş çəkmişdi.