Close

Gürcüstan XİN: "Makron yanlış informasiya yayır"

Yanlış məlumat səhv təsəvvür yaradır və Fransa Prezidenti Emmanuel Makron bilməli idi ki, Gürcüstanda parlament seçkiləri elektron qaydada keçirilib və onların nəticələrinə heç nə təsir edə bilməzdi.

TNS Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili bildirib.

"Gürcüstanda elektron seçkilər keçirilib və heç kim seçkilərin nəticələrinə təsir etmək üçün seçki qutusuna bu qədər bülleten ata bilməzdi. Makronun bunu bilməsi lazımdır", - o qeyd edib.

Nazirin sözlərinə görə, əgər Makron bunu bilmirsə, onda Fransanın Gürcüstandakı səfiri Şeraz Qasridən onun öz hökumətini Gürcüstanda baş verən proseslər barədə nə dərəcədə düzgün məlumatlandırdığını soruşmaq lazımdır.

"Ümumiyyətlə, yanlış məlumat əsasında yanlış təsəvvürün yaranması çox pisdir", - Boçorişvili vurğulayıb.

Makron Fransa səfirlərinin illik görüşündə Gürcüstanı nümunə gətirərək Rusiyanın seçki prosesinə təsir göstərdiyi qənaətində olduğunu bildirib.