Almaniyada iki nəfəri öldürən şəxs saxlanıldı
Ötən gün Almaniyanın cənub-qərbində yerləşən Bad-Fridrixsxall şəhərində (Baden-Vürtemberq federal torpağı) maşınqayırma firmasının binasında atəş açaraq iki nəfəri öldürən cinayətkar polis tərəfindən saxlanılıb.
TNS TASS-a istinadən xəbər verir ki, bu barədə Mannheim şəhərinin hüquq-mühafizə orqanlarının mətbuat xidməti məlumat yayıb.
"Şübhəli şəxs Baden-Vürtemberq polisinin xüsusi təyinatlı qüvvələri tərəfindən Zekkax icmasında saxlanılıb", - məlumatda qeyd olunub.
“Bild” qəzetinin məlumatına görə, bu, şirkətin 52 yaşlı əməkdaşıdır.
Xatırladaq ki, maskalı şəxs firmanın binasında atəş açaraq iki nəfəri öldürüb, daha bir nəfəri isə ağır yaralayaraq hadisə yerindən qaçıb. Onun axtarışı və saxlanılması üçün çoxlu sayda polis qüvvələri cəlb edilib. Əməliyyatda helikopter də istifadə olunub.