Close

Silah anbarında partlayış baş verdi, 13 hərbçi itkin düşdü

Kubada silah-sursat anbarında partlayışlar baş verib, 13 hərbçi itkin düşmüş hesab olunur.

TNS xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kubanın İnqilabi Silahlı Qüvvələr Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-şərqində yerləşən Olgin əyalətində baş verib.

"Olgin əyalətinin Rafael Freire bələdiyyəsində silah-sursat anbarında baş verən partlayışlar nəticəsində hərbçilər itkin düşüb", - məlumatda qeyd olunub.

Nazirlik baş verənlərin səbəblərini, eləcə də yaralananların və ya ölənlərin sayını açıqlamayıb.