Saxalinə uçan təyyarədə texniki problem yaşandı
7
10:19 - 08 Yanvar 2025
Rusiyada Yujno-Saxalinsk-Yujno-Kurilsk reysi ilə uçan təyyarə texniki səbəblərdən uçuş hava limanına qayıdıb.
TNS TASS-a istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat verib.
"Çexov adına Yujno-Saxalinsk Beynəlxalq Hava Limanında Yujno-Saxalinsk-Yujno-Kurilsk reysini həyata keçirən DHC-8 sərnişin təyyarəsi texniki səbəblərdən uçuş hava limanına qayıdıb. Eniş uğurla həyata keçirilib. Təyyarədə 68 sərnişin olub", - prokurorluqdan bildirilib.
Hadisənin səbəbləri müəyyənləşdirilir.