Close

Bu kənddə xəstələnmək qadağan edildi

İtaliyanın cənubundakı yerləşən və ən yoxsul bölgələrdən biri olan Kalabriyadakı Belcastro kəndin ağır xəstəliyə tutulmaq qadağan edilib.

TNS BBC-yə istinadən xəbər verir ki, bu barədə kəndin bələdiyyə sədri Antonio Torchia bildirib.

O, "təcili tibbi yardım tələb edən hər hansı bir xəstəliyə yoluxmağı" qadağan etdiyini açıqlayıb.

Torchianın fikrincə, bu qadağa regional idarəçilərə yerli səhiyyə sistemi ilə bağlı xəbərdarlıq etməkdən daha effektivdir.

Belkastronun 1200 sakini 65 yaşdan yuxarıdır, lakin ən yaxın təcili yardım məntəqəsi 45 km məsafədədir.

Torchia bildirir ki, “tibbi məntəqəsinə çatmaq ən azı xəstəlik qədər risklidir”.

O vurğulayıb ki, kənddə yeganə həkim məntəqəsi nizamsız işləyir, həftə sonları, bayram və iş vaxtından kənarda xidmət göstərmir.