Close

İranda məcburi hicab barədə yeni qanun layihəsindən imtina edildi

İran hökumətinin sözçüsü Fatimə Mühacirani bu gün keçirdiyi mətbuat konfransında "Hicab və İffət Qanunu" layihəsindən imtina edildiyini açıqlayıb.

TNS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Fatimə Mühacirani qeyd edib ki, qanunun bəzi müddəalarının ağır sosial nəticələri ola bilərdi.

"Düzgün və ağıllı addım ataraq biz "Hicab və İffət Qanunu"ndan imtina etdik. İranlı qadınlar qədimdən iffətli olublar", - deyə hökumət sözçüsü vurğulayıb.