Rusiya gəmisi Malayziya sahillərində qəzaya uğradı
Rusiyaya məxsus "Piliqrim" gəmisi dünya səyahəti zamanı Malayziya sahillərində qəzaya uğrayıb.
TNS Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin Malayziyadakı diplomatik nümayəndəliyi məlumat verib.
Gəminin kapitanı və ekipaj xəsarət almayıb.
"Rusiyanın Malayziyadakı səfirliyi dünya səyahəti edən "Piliqrim" adlı Rusiya gəmisinin 2024-cü il dekabrın 20-də Borneo adasının şimal sahillərində (Malayziyanın Saravak ştatı) qəzaya uğraması ilə bağlı vəziyyətdən xəbərdardır. Diplomatik missiya hadisə barədə məlumat daxil olduğu andan etibarən gəminin kapitanı S.V.Sinelnik ilə əlaqə saxlayır. Səlahiyyətlərimiz çərçivəsində ekipaj üzvlərinə yardım göstəririk", - səfirlikdən bildirilib.