Close

İranın paytaxtı bu şəhərə köçürülür

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində Oman körfəzi sahilində “Məkran” İranın yeni paytaxtı olaraq irəli sürülən seçimlərdən biridir.

TNS-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün (7 yanvar) Tehranda mətbuat brifinqində deyib.

Onun sözlərinə görə, İran paytaxtının köçürülməsi üzrə şura fəaliyyət göstərir. Hər halda Məkran bölgəsində böyük potensiallar mövcuddur. Bu istiqamətdə ziyalılar, mühəndislər, ekoloqlar, iqtisadiyyatçılar və sairədən kömək almağa səy göstərilir. Lakin paytaxtın köçürülməsi gündəmdə dərhal həyata keçirilməli olan məsələ deyil.

Mohacerani deyib ki, İran paytaxtının Tehrandan köçürülməsi məsələsi artıq 30 ildən çoxdur ki, irəli sürülür. Hər bir bölgənin bioloji potensialı inkişaf üçün nə qədər mümkün olduğunu göstərir. Tehran vilayəti haqda su kimi ekoloji baxımdan nigaranlıqlar mövcuddur.

Qeyd edək ki, İran paytaxtının Tehrandan köçürülməsi üzrə 2015-ci ildə qanun təsdiqlənib. Bu qanun indiyədək icra olunmayıb. Son vaxtlar İran prezidenti Məsud Pezeşkian Yol və Şəhərsalma Nazirliyinə paytaxtın Tehrandan köçürülməsi məqsədilə layihənin hazırlanması üçün tapşırıq verib.