Nazir təyyarə qəzasına görə istefa verəcək
419
13:15 - 07 Yanvar 2025
Cənubi Koreyanın nəqliyyat naziri ölümlə nəticələnən təyyarə qəzasına görə istefa vermək niyyətində olduğunu bildirib.
TNS xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
"Mən bu fəlakət üçün ağır məsuliyyət hiss edirəm", - Park Sanq Vu mətbuat brifinqində bildirib.
Qeyd edək ki, dekabrın 29-da Tailanddan Cənubi Koreyaya uçan “Jeju Air” təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədə olan 181 nəfərdən 179-u həlak olub.