Close

Rusiyadan özünəxas “cəza”- Əvvəl Amerika, indi isə Böyük Britaniya

Böyük Britaniyanın Moskvadakı səfirliyinin yaxınlığındakı meydan “LXR” meydanı adlanacaq.

TNS TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Moskva merinin rəsmi saytında məlumat verilib.

"Vətəndaşlar Smolenskaya sahili boyunca Protoçnıy zolağı ilə Novı Arbat küçəsinə çıxış arasında olan ərazini ” Luqansk Xalq Respublikası”nın şərəfinə adlandırmaq qərarına gəliblər. Səsvermə "Aktiv vətəndaş" layihəsində keçirilib. Orada 109 603 nəfər iştirak edib. 56,85% səs çoxluğu ilə həmin ərazi seçilib" , - məlumatda bildirilib.

Xatırladaq ki, bir müddət öncə ABŞ-ın Moskvadakı səfirliyinin yaxınlığındakı meydan da rəsmi olaraq “Donetsk Xalq Respublikası”adlandırılıb. Bu yaxınlarda isə  Amerika səfirliyi həmin meydanda  LGBT icmasının  bayrağını qaldırıb.