Close

5 dövlətin nümayəndələri girovlar üçün bu ölkəyə gedib

5 ölkə danışıqlar üçün İsrailə girov koordinatorlarını göndərib.

TNS xəbər verir ki, İsrail Baş nazirinin ofisinin məlumatına görə, girovlar üzrə komissar, istefada olan general-mayor Qal Hirş yaxın iki gün ərzində amerikalı, britaniyalı, kanadalı, almaniyalı və avstriyalı həmkarları ilə işgüzar görüşlər keçirəcək.

Koordinatorların hamısı bu səhər Xarici İşlər Nazirliyində başlayan görüşlərdə iştirak etmək üçün İsrailə uçublar.

Onlar günortadan sonra prezident İsaak Hersoqla və girovların ailələri ilə də görüşməyi planlaşdırırlar.