İş adamını öldürənlər həbs olundu
Gürcüstanda həyat yoldaşı ilə birlikdə tətildə olan rusiyalı iş adamının qətlində şübhəli bilinən iki nəfər həbs edilib.
TNS Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"1986 və 1992-ci il təvəllüdlü iki şəxs Viktor Solovyovu qarət edib, ona atəş açıb və cinayətin izlərini gizlətmək üçün cəsədini Nakra çayına atıblar. Şübhəlilər həbs edilib", - nazirlikdən bildirilib.
Onlar 16 il və daha çox, eləcə də ömürlük həbs cəzası ala bilərlər. Bu şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin soyğunçuluq, qətl, odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsi maddələri ilə ittiham irəli sürülüb.