Baydeni məhkəməyə verdilər
31
22:30 - 06 Yanvar 2025
Yapon polad şirkəti "Nippon Steel" və amerikalı həmkarı "U.S. Steel" ilə birgə ABŞ Prezidenti Co Bayden və onun administrasiyasına qarşı iki korporasiya arasında sövdələşməni əngəlləmək qərarına görə birgə məhkəmə iddiası qaldırıb.
TNS xəbər verir ki, bu barədə şirkətlərin dərc olunmuş birgə bəyanatında deyilir.
Qeyd olunur ki, iki iddia qaldırılıb - Kolumbiya Dairəsinin Apellyasiya Məhkəməsində və Pensilvaniya Rayon Məhkəməsində. Şirkətlər Baydenin qərarını "qanunsuz siyasi müdaxilə" hesab edirlər.
Bu, ilk dəfədir ki, böyük bir yapon şirkəti ABŞ prezidentini məhkəməyə verir.