Lukaşenko Zelenskidən üzr istəyib? - YENİLƏNİB
Belarus Prezidenti Aleksandr Lukaşenko xüsusi hərbi əməliyyatın ilk günlərində Ukrayna Prezidenti Volodimir Zelenskidən üzr istəməyib.
TNS xəbər verir ki, bunu Belarus rəhbərinin mətbuat katibi Natalya Eysmont bildirib.
Onun sözlərinə görə, bunun sadə bir səbəbi var, çünki üzr istəniləsi heç nə yoxdur.
Eysnont qeyd edib ki, o zaman Zelenski ilə telefon danışığı Belarus prezidentinin kiçik oğlu Nikolayın istisnasız emosional reaksiyası sayəsində baş tutub.
Qeyd edək ki, Zelenski Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyanın Ukrayna ilə müharibəyə başlamasının ilk günlərində Belarus ərazisindən Ukrayna ərazisinə atəş açılmasına görə ondan üzr istədiyini açıqlayıb.
19.10
Ukrayna lideri Volodimir Zelenskinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiya-Ukrayna müharibəsinin ilk günlərində ondan üzr isməsi barədə dediklərinə aydınlıq gətirilib.
TNS-in BELTA-ya istinadən məlumatına görə, Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont həmin dövrdə Belarusun dövlət başçısının kiçik oğlu Nikolayın emosional fikirlərinə görə liderlər arasında telefon söhbətinin olduğunu təsdiqləyib.
O bildirib ki, danışıq zamanı A. Lukaşenko ilk növbədə V. Zelenskiyə bu münaqişənin Ukrayna ərazisində baş verdiyini və çoxsaylı insan ölümlərinə görə məhz onun məsuliyyət daşıdığını xatırladıb: “Buna görə də Prezident Aleksandr Lukaşenko tərəfləri danışıqlar masası arxasına əyləşməyə çağırıb. Nəticədə həm Belarusda, həm də İstanbulda tərəflər arasında üç mərhələli danışıqlar baş tutub” – N. Eysmont belə deyib.