Close

Ərdəbildə məktəblər bağlandı

Havaların kəskin soyuması və enerji çatşmazlığı səbəbindən Ərdəbil əyalətinin Şahrud və Arşaq şəhərlərində məktəblərdə tətil elan edilib.

TNS xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bununla yanaşı enerjiyə qənaət etmək üçün bir çox dövlət idarələrinin iş rejimi dəyişdirilib, iş saatları azaldılıb.