Close

20:39
07 Yanvar 2025
20:07
07 Yanvar 2025

Lukaşenko Zelenskidən üzr istədi

Rusiya Ukraynada müharibəyə başlyanda Belarus prezidenti Aleksandr Lukaşenko Kiyevdən üzr istəyib.

TNS xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski amerikalı podkaster Leks Fridmana müsahibəsində danışıb. O deyib ki, Lukaşenko Belarus ərazisindən edilən raket hücumlarına görə bütün günahı Kreml rəhbəri Putinin üzərinə atıb:

"Ukrayna Belarus ərazisindən atəşə tutulanda, Lukaşenko mənimlə telefon danışığında bildirdi ki, “Volodya, bu mənlik deyil, Putinin raketləridir, mən ona bunun lazım olmadığını söylədim. Bu hücumun mənə dəxli yoxdur"”.

Zelenski deyib ki, Lukaşenkoya Putin kimi qatil olduğunu xatırladanda, o, Kiyevə Mozır neft emalı zavoduna zərbə endirməklə cavab verməyi təklif edib.