Onların maaşları 400% artırılacaq
32
23:42 - 05 Yanvar 2025
Suriya Maliyyə Nazirliyi fövqəladə tədbir olaraq nazirliklərin inzibati strukturunun yenidən qurulmasını başa vurduqdan sonra gələn ay dövlət sektoru işçilərinin maaşlarını 400% artırmaq qərarına gəlib.
TNS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Maaş artımları mövcud hökumət resursları, həmçinin regional yardım, investisiyalar və Suriyanın xaricdəki aktivlərinin dondurulması səyləri hesabına maliyyələşdiriləcək.
Hakimiyyət bunun üçün təxminən 127 milyon dollar xərcləməyi planlaşdırır.