276 kiloluq balıq 1,3 milyon dollara satıldı
9
21:22 - 05 Yanvar 2025
Tokioda keçirilən hərracda 276 kiloqramlıq mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb.
TNS xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.
Qeyd edək ki, Yaponiyada Yeni ildən sonra ilk tuna auksionu qeyri-rəsmi olaraq ölkənin yeni ildəki iqtisadi göstəricisi və bir növ proqnoz hesab olunur. Balıq nə qədər baha satılırsa, ilin bir o qədər uğurlu olacağına inanırlar.