Close

Suriya və Qətər strateji tərəfdaşlıq haqqında razılığa gəliblər

Suriyanın yeni hakimiyyəti Qətərlə strateji tərəfdaşlıq haqqında razılığa gəliblər.

TNS xarici KİV-ə istinadən xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani Qətər hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə danışıqların yekunu üzrə bildirib.

"Humanitar yardım və strateji tərəfdaşlığa görə Qətərə bir daha təşəkkür edirik. Qətər Suriya xalqının keçdiyi çətin dövrdə bizim tərəfdaşımız olub və Suriyanın gələcəyinin qurulmasında tərəfdaşımız olacaq", - o deyib.

Əl-Şibaninin sözlərinə görə, danışıqlar zamanı Suriya nümayəndə heyəti Qətərin baş naziri ilə bütün strateji məsələləri müzakirə edib, həmçinin yeni Suriya dövlətinin qurulması və onun xarici siyasəti üçün yol xəritəsini təqdim edib. Nazir qeyd edib ki, bu yol xəritəsində bütün suriyalıların maraqlarını təmsil edən hökumətin formalaşdırılması da var.