Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində genişmiqyaslı hücumu başlayıb
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində genişmiqyaslı hücuma başlaması barədə məlumatları təsdiqləyib.
TNS xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bunu Rusiya qoşunlarının irəliləməsini dayandırmaq üçün əks-hücum kimi qiymətləndirib.
Qeyd edilib ki, Moskva vaxtı ilə saat 09:00 radələrində Rusiya qoşunlarının Kursk istiqamətində irəliləyişini dayandırmaq üçün Ukrayna Silahlı Qüvvələri əks hücuma keçib.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Kursk vilayətinin Berdin xutor yaşayış məntəqəsi istiqamətində hücuma cəhd edən Ukrayna Silahlı Qüvvələrinin iki tank və hərbçilərlə birlikdə 12 zirehli texnikadan ibarət hücum qrupunu darmadağın edib.
Ukrayna qoşunlarının hücumunun dəf edilməsi əməliyyatının davam etdirildiyi açıqlanıb.