Close

22:30
06 Yanvar 2025
22:10
06 Yanvar 2025
19:20
06 Yanvar 2025

Dəməşq hava limanında beynəlxalq uçuşlar başlayır

Dekabrın 18-də ilk daxili uçuşunu həyata keçirən Dəməşq Beynəlxalq Hava Limanı beynəlxalq uçuşlara hazırlaşır.

TNS xəbər verir ki, bu barədə Suriya Mülki Aviasiya İdarəsinin rəhbəri Eşhad əl-Səlibi bildirib.

O, hava limanında beynəlxalq uçuşların yanvarın 7-dən etibarən bərpa olunacağını açıqlayıb: “Ərəb və beynəlxalq hava yollarına məlumat veririk ki, tərəfdaşlarımızın köməyi ilə Hələb və Dəməşq hava limanının bütün dünyadan uçuşlar qəbul edə bilməsi üçün tamamilə yenilənmə prosesindəyik”.

Artıq Qətər Hava Yolları 13 ildən sonra Dəməşqə uçuşları bərpa edəcəyini, həftədə 3 uçuş həyata keçirəcəyini açıqlayıb. Qətər Əsəd reiminin devrilməsindən sonra Dəməşqdə səfirliyini yenidən açan ikinci ölkə olub. İlk səfirliyi Türkiyə açıb.