Close

19:20
06 Yanvar 2025
19:00
06 Yanvar 2025

Koreya təyyarə qəzasının səs yazısını yayacaq

Cənubi Koreya qəzaya uğrayan təyyarənin səsyazısının stenoqramını tərtib edəcək.

TNS xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, müstəntiqlər dekabrın 29-da Cənubi Koreyada baş verən “Boinq 737-800” təyyarə qəzasının qalıqlarından götürülmüş səsyazıcı cihazın tam stenoqramını hazırlamağa çalışırlar.

Qeyd edək ki, 29 dekabrda Cənubi Koreyada “Jeju Air” aviaşirkətinə məxsus təyyarə Muan hava limanında qəzaya uğrayıb. Hadisə nəticəsində 179 nəfər həyatını itirib.