Close

19:20
06 Yanvar 2025
19:00
06 Yanvar 2025

HƏMAS girov götürdüyü iddia edilən israilli qızın videosunu yaydı

HƏMAS özünün “Telegram” kanalında girov götürülmüş israilli qızın videosunu yayıb.

TNS xarici mətbuata istinadən xəbər verir ki, özünü Liri Albaq kimi təqdim edən və 19 yaşında olduğunu deyən qız videoda hazırda onun və digər girovların taleyinin İsrail ordusunun Qəzza zolağını tərk edib-etməməsindən asılı olduğunu bildirib.

O qeyd edib ki, İsrail ordusu hərbi əməliyyatlar vasitəsilə girovları azad edə bilməyəcək.

Videonun harada və nə vaxt çəkildiyi barədə məlumat yoxdur, lakin girov “450 gündən çox”dur əsir olduğunu bildirir.